Driftçilərimiz Gürcüstanda qan edirlər!

Rauf Hacıyev 12 Oktyabr 2025, 11:57
Driftçilərimiz Gürcüstanda qan edirlər!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Gürcüstanda keçirilən GeorGian Drift Series yarışında birinci mərhələ geridə qalıb.

Kokpit.az bildirir ki, Rustavi şəhərində keçirilən bu yarışda ölkəmizi 6 sürücü – Ceyhun Süleymanov, Fərid Quliyev, Xəyal Ağcabəyli, Rəhman Şıxəliyev, Niyaz Bədiyev və Elçin Məmmədov təmsil edirlər. Bu yarışı digərlərindən fərqli edən şey isə sürücülərin daha sürətlə sürərək, təkər yandırmasıdır. Burada orta sürət 150-170 kilometr/saat arasıdır.

Oktyabrın 11-də isə turnirin birinci mərhələsi geridə qalıb. İlk mərhələdən sonra 6 sürücümüz də adlarını ikinci mərhələyə yazdıra biliblər. Təmsilçilərimizdən ən yüksək nəticəni Rəhman Şıxəliyev göstərib. Gənc pilotumuz 72 xal toplayaraq, altıncı olub. Təcrübəli Fərid Quliyev 71 xalla yeddinci, Niyaz Bədiyev 66 xalla səkkizinci, Ceyhun Süleymanov 63.5 xalla doqquzuncu, Xəyal Ağcabəyli 52 xalla onuncu olub. Elçin Məmmədov 11-ci yeri tutaraq, onluqdan kənarda qalsa da, bu nəticə ilə ikinci mərhələyə yüksələ bilib.

Bu gün keçiriləcək son 16 yarışında isə təmsilçilərimiz bir-birlərinə rəqib olublar:

  •  Rəhman Şıxəliyev – Elçin Məmmədov
  • Fərid Quliyev – Xəyal Ağcabəyli
  • Niyaz Bədiyev – Ceyhun Süleymanov

Bu isə o deməkdir ki, 1/4 finalda Azərbaycanı 3 sürücü təmsil edəcək. İndidən bütün pilotlarımıza uğurlar arzu edirik!

Bunları da oxuyun

Şərh əlavə et