Xəbəri Kokpitdə Oxuyun!

Red Bull Şamaxıda sürət və yaradıcılığı birləşdirdi!

Azərbaycanın mərkəzində yerləşən, tarixi və mədəniyyəti ilə tanınan Şamaxı bu dəfə Red Bull-un peşəkar idmançıları ilə həyata keçirdiyi yeni və təsirli bir layihəyə ev sahibliyi etdi.

Awakening The Spirit of Shamakhi adlı mediya layihə, Şamaxının təbiətinin gözəlliyini və dünyaca məşhur Red Bull idmançılarının ustalığını birləşdirərək, sürət və yaradıcılığın gücünü nümayiş etdirdi.

Azərbaycan Avtomobil Federasiyasının (AAF) dəstəyi ilə gerçəkləşən layihənin çəkilişləri, Şamaxının yaylaqlarında və üzüm bağlarının unikal mənzərələri fonunda aparılıb.

Layihənin qəhrəmanlarıƏbu-Dabidə dünyanın ən uzun driftini reallaşdıraraq Ginnesin Rekordlar Kitabına düşən peşəkar Red Bull drift pilotu Abdo Feghalimotosiklet üzərindəki qeyri-adi bacarığı ilə tanınan, litvalı Red Bullstunt motosikletçisi və Avropa Stunt Riding Çempionu Aras Gibieza oldular.

Bu layihə Red Bull idmançıları üçün təkcə bacarıqlarını göstərdikləri deyil, həm də Şamaxının gözəlliyini və ruhunu hiss etdikləri unudulmaz anlardan biri oldu.

Rauf Hacıyev

Şərh əlavə et