Xəbəri Kokpitdə Oxuyun!

T.Nael Campos-a keçib

Teofil Nael Formula 3 seriyasındakı karyerasını Campos Racing komandasında davam etdirəcək. Fransız pilot Van Amersfoort Racing-dən ispan komandasına transfer olub.

Kokpit.az xatırladır ki, 18 yaşlı sürücü Formula 3-də bu il debüt edib və üç dəfə podiuma yüksəlib. Onun ən yaxşı nəticəsi isə Barselonada bazar günü yarışında ikinci yer olub. Ümumi sıralamada isə Nael mövsümü səkkizinci pillədə başa vurub.

Teofil Nael: “Mən Formula 3-ün 2026-cı il mövsümündə Campos Racing-ə qoşulduğuma görə çox şadam! Mən illərdir bu komanda ilə rəqabət aparmışam, ancaq hər zaman onların peşəkarlığını yüksək qiymətləndirmiş və işlərinə heyran olmuşam. Onların rənglərini təmsil etmək mənim üçün böyük şərəfdir. Yeni çağırışı səbirsizliklə gözləyirəm və 2026-cı ildə titul uğrunda mübarizə aparmağa hazıram”.

Rauf Hacıyev

Şərh əlavə et