Şənbə günü Bezzekkini keçdikdən sonra yıxılan ispaniyalı ulduz bu dəfə daha səbirli davranıb. O, yarışın yarısına yaxın Bezzekkinin 8-ci döngədə trayektoriyanı geniş almasından istifadə edərək, liderliyi ələ keçirib.
Bezzekki finişə 10 dövrə qalmış yenidən Markesin arxasına qədər gəlib və ona ciddi təzyiq göstərib. Hər iki sürücü ən sürətli dövrələri bir-birləri ilə dəyişərək, sona qədər mübarizə aparıblar. Lakin damalı bayrağı öndə səkkizqat dünya çempionu Mark Markes öndə görüb.
Sprintin ikincisi Aleks Markes isə startdan finişə qədər üçüncü yeri qoruyaraq, Gresini komandasına ikiqat podium sevinci yaşadıb.
Yarışın əvvəlində Pedro Akosta, VR46 Ducati-lərini və Fabio Kuartararonu keçərək, dördüncülüyə yüksəlib, ancaq KTM-də mövsümün üçüncü zəncir problemi ilə üzləşərək, mübarizəni dayandırıb.
Fabio Kuartararo isə əvvəlcə yerini Franko Morbidelliyə uduzaraq, dördüncülükdən geriləyib, daha sonra isə səkkizinci pilləyə qədər düşüb. Onun arxasında Pramac sürücüsü Migel Oliveyra qərarlaşıb.
Markesin komanda yoldaşı Francesko Banyaya isə Akosta yarışdan çəkildikdən sonra yeddinci yerə yüksəlsə də, aşağı sürətdə ön təkərin idarəetməsini itirərək yıxılıb və mübarizəni tamamlaya bilməyib.
Yamaha-nın yeni V4 prototipi ilk dəfə yarışa çıxıb və Avqusto Fernandeslə 14-cü yeri tutaraq, ilk xallarınş qazanıb. Fernandes və Aleks Rins startda vaxtından əvvəl hərəkət etdikləri üçün iki dəfə uzun dövrə cəzası alıblar
Yarış öncəsi də maraqlı hadisələr baş verib. Xorxe Martin qızdırma dövrəsində Aprilia motosikletində texniki nasazlıq yaşayaraq, motosiklet dəyişməli olub və bu səbəbdən startda iki dəfə uzun dövrə cəzası alıb. Xoan Mir isə cümə günü qəza edərək, boynundan xəsarət almasına baxmayaraq, bazar günü yarışa qatılıb, lakin Yohan Zarko ilə təmas nəticəsində ilk dövrlərdə mübarizəni dayandırıb.
Bu qələbədən sonra Mark Markes 2025-ci il Dünya Çempionluğunu təmin etmək şansını ilk dəfə Yaponiyada əldə edəcək. Onun titul uğrunda riyazi şansı qalan yeganə rəqibi isə qardaşı Aleks Markesdir.
Digər tərəfdən, komandalar bazar ertəsi Misanoda keçiriləcək rəsmi testlərdə yenidən trasda olacaqlar. Kuartararo, Rins və Cek Miller Yamaha-nın yeni V4 motosikletini sınaqdan keçirəcəklər.
Şərh əlavə et