Xəbəri Kokpitdə Oxuyun!

Freddi Sleyter Tridentə keçib

Formula 3-də çıxış edən Trident komandası gələn mövsüm üçün ilk pilotunun adını açıqlayıb.

Kokpit.az bildirir ki, Trident komansı 17 yaşlı britaniyalı Freddi Sleyterlə müqavilə imzalayıb.

Sleyter 2025-ci ildə AIX Racing komandasının heyətində iki mərhələdə – Bəhreyn və Spada çıxış edib. Onun ən yaxşı nəticəsi Saxir trasında keçirilən şənbə sprintində qazandığı ikinci yer olub.

Freddi Sleyter: “Mənim üçün yeni komanda ilə yeni yola çıxmaq çox həyəcanvericidir. Son illərdə Trident böyük uğurlar qazanıb və bu komandaya qoşulmaq imkanı üçün çox minnətdaram. Ümid edirəm ki, birlikdə yaxşı mövsüm keçirəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et