Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F2- Brouninq pouldan başladığı yarışı qazanıb

Formula 2 üzrə İtaliya yarışının qalibi Hitech komandasından Lyuk Brouninq olub. Onunla birlikdə podiuma Coşua Dürksen və Pepe Marti yüksəliblər.

Dünənki sprint yarışında qələbə qazanan Leonardo Fornaroli çempionatdakı üstünlüyünü 24 xaladək artırmışdı. Lakin bazar günü əsas yarışa o, yalnız 8-ci yerdən start verib. Onun əsas rəqibləri isə daha da arxadan başlayıblar – Cek Krouford 10-cu, Riçard Versşor isə 14-cü yerdən. Bu arada yarışa poulda Lyuk Brouninq başlayırdı. Hitech-in gənc sürücüsü çempionatda 4-cü yerdə qərarlaşsa da, mövqeyindən maksimum yararlanmaq əzmində idi.

Dünənki sprintdən sonra Alek Dann və Sami Meqetunif cəzalandırılmışdılar. Dan rəqibi Kuş Mainini trasdan kənara çıxardığı üçün nəticəsinə 10 saniyə əlavə olunmuş və 11-ci yerdən 13-cü yerə geriləmişdi. Meqetunif isə eyni hadisədə Dan ilə toqquşmaya səbəb olduğu üçün 5 saniyəlik cəza almış, amma yarışı davam etdirə bilmədiyinə görə bazar günü startda 3 mövqe itirmişdi.

Start

Brouninq poul mövqeyini qorudu, Maini isə startı uğursuz alaraq geriyə düşdü. İrəli sıralarda Oliver Götü və Roman Stanek mübarizəyə qoşuldu, Coşua Dürksen isə iki mövqe qazanaraq 4-cü yerə yüksəldi. Artıq 2-ci dövrədə Maini-Lindblad toqquşması baş verdi, nəticədə Hindistanlı sürücü axıra düşdü. 4-cü dövrədə Göte DRS-dən istifadə edərək, Brouninqi keçdi və liderliyi ələ aldı.

Fornaroli isə geriləməyə başlamışdı – 6-cı dövrədə o artıq 11-ci idi. 7-ci dövrədən etibarən pit-stoplar başladı, 8-ci dövrədə isə Alex Dan Askari döngəsində qəza etdi, buna görə trasa təhlükəsizlik maşını çıxdı. İnsident zamanı onun maşınına arxadan çırpılan Arvid Lindblad da cəza aldı – 10 saniyə.

Restartdan sonra Lindblad bir daha səhv edərək, Staneki yarışdan kənarlaşdırdı, trasda isə ardıcıl insidentlər yaşandı. Keen Shilds, Viktor Martins və Maini də mübarizəni dayandırdılar.

13-cü dövrədə yarış bərpa olunanda Dürksen Brouninqi keçərək, liderliyi ələ aldı. Amma ardınca daha bir qəza baş verdi – Meqetunif trasdan çıxdı və ikinci dəfə təhlükəsizlik maşını meydana çıxdı. 15 dövrəlik mübarizədən sonra ilk beşlik belə idi: Dürksen – Brouninq – Vilyagomes – Pepe Martí – Fornaroli.

Fornaroli fürsətdən istifadə edib mövqelər qazanmışdı, Sebastian Montoya isə sonuncu yerdən start alsa da, artıq ilk onluğa yaxınlaşmışdı. 19-cu dövrədə Brouninq DRS ilə Dürkseni keçərək, yenidən lider oldu, Fornaroli isə Croufordu ötərək, 5-ci yerə yüksəldi.

Son dövrələr – gərginlik və dramatik finiş

Son 10 dövrədə DRS döyüşləri davam etdi. Dino Beganovic ardıcıl gözəl ötmələrlə irəlilədi, o, Krouforsu və Götenni keçdi. Montoya isə səhvlərdən sonra bir neçə yer itirdi, amma mübarizəni davam etdirdi.

26-cı dövrədə Beqanoviç Minini keçdi, Versşor isə Kroufordu arxada qoydu. Göte blokaj səbəbindən təkərləri zədələdi və boksda vaxt itirərək, axıra düşdü.

Son dövrələrdə Fornarolinin maşınında ön qanad zədələndi, Beqanoviç onu sıxışdırsa da, italyan pilot mövqeyini qorudu və beşinci oldu.

Nəticədə Lyuk Brouninq yarışı qazanaraq, karyerasının ilk Formula 2 yarışını qazandı. Coşua Dürksen ikinci, Pepe Marti isə üçüncü oldu.

Bu qələbə ilə Brouninq çempionarda 4-cü yerdən 2-ci yerə yüksəldi və Fornaroli ilə fərqi 20 xala endirdi. İlk beşliyi Dan bağlayır – o, liderdən 50 xal geridədir.

Növbəti dayanacaq – Bakı!

İki həftədən sonra Formula 2-nin gənc sürücüləri Bakı Şəhər Halqasında yarışacaqlar. Burada maksimum 39 xal qazanmaq mümkündür və liderlik uğrunda mübarizədə vəziyyət ciddi şəkildə dəyişə bilər.

Rauf Hacıyev

Şərh əlavə et