Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F3 – Son yarışı İntrafuvasaq qazanıb

Formula 3 mövsümünün final yarışında Tasanapol İntrafuvasaq qalib gəlib. Onunla birlikdə podiuma Nikolya Çolov və Noel Leon yüksəliblər.

Bazar günü səhər Monzada günəşli hava olub, hava 16 dərəcə temperatura qədər isinib. Startda poulun sahibi Bred Benavides liderliyi qoruyub və Uqo Uqoçukvuya ilk döngələrdə hücum imkanı verməyib. Tasanapol İntrafuvasaq çətinliklə də olsa üçüncü yeri qoruyub. Tukka Taponen yaxşı start alaraq yeddinci yerə yüksəlib.

Çarli Vurts ikinci şikanın çıxışında bordürün üstündə asılqanı zədələyib və dayanıb, nəticədə təhlükəsizlik maşını trasda peyda olub. Marşallar operativ işləyib və yarış üçüncü dövrədə bərpa olunub.

Restartda Benavides liderliyi qoruyub, amma bunun üçün ikinci şikananı kəsib. Parabolika döngəsindən əvvəl komandanın göstərişi ilə liderliyi Uqoçukvuya verib, amma növbəti dövrədə birinci şikanda yenidən liderliyini qaytarıb.

Bundan sonra trasda yenidən təhlükəsizlik maşını görünüb. Səbəb Fernando Barrikellonun Askari şikanında fırlanaraq quma ilişməsi olub.

Yeddinci dövrədə restart verilib. Lider mövqeyini qoruyub, Çolov isə İntrafuvasaqı keçərək, ikinci yerə yüksəlib. Askari şikanında Uqoçukvu yerində fırlanıb və çınqıllıqda ilişib qalıb. Bununla da trasa üçüncü dəfə təhlükəsizlik maşını çıxıb.

Yarış on birinci dövrədə bərpa olunub. Restartda ilk onluqda yalnız Martinius Stenshorn mövqeyini yaxşılaşdıraraq, altıncı yerə qalxıb.

On ikinci dövrədə Çolov yarışın lideri Benavidesi keçməyə cəhd edib, on üçüncü dövrədə isə birinci döngədə liderliyə yüksəlib. Amma ikinci şikanda Benavides onu yenidən keçib və liderliyini qaytarıb. Askari şikanında Taponenlə mübarizədə Matias Zagazeta çınqıllığa çıxıb, döngəni yüksək sürətlə kəsib, ön qanadını zədələyib və nəticədə Parabolika döngəsindən kənarda dayanıb.

On beşinci dövrədə sonuncu yerdən start alan Rafael Kamara onuncu yerə qədər yüksəlib. Askari şikanında İntrafuvasaq Çolova hücum edib və ikinci yerə qalxıb. On altıncı dövrədə ikinci şikandan əvvəl Çolov əks hücum edib və mövqeyini qaytarıb.

On yeddinci dövrədə İntrafuvasaq birinci döngədə cəsarətli manevr edib və təkcə Çolovu deyil, həm də lider Benavidesi keçib. Şikandan çıxışda Benavidesi Çolov da geridə qoyub.

Növbəti dövrədə Benavides birinci şikanda hücuma cəhd edib, amma qazonlu sahəyə dəyib, maşını az qala idarədən çıxarıb və şikanı kəsib. Bununla belə, mövqelərini qaytarıb. Bu vaxt Rafael Kamara altıncı yerə qədər yüksəlib.

İyirmi birinci dövrədə Çolov İntrafuvasaqa birinci döngədə hücum edib, amma az qala Benavidesi buraxıb. Bu mübarizədən Noel Leon faydalanaraq Benavidesi keçib və üçüncü yeri tutub.

Tasanapol İntrafuvasaq yarışı qazanın və  mövsümü üç qələbə ilə başa vurub. Onun komanda yoldaşı Nikola Çolovun ikinci yeri tutub və bununla da Campos Racing Mühəndislər Kubokunda Trident-i qabaqlayaraq, tarixində ilk dəfə Formula 3-də Dünya Çempionu olub. Tsoloba gəldildə isə bolqae sürücü  Çempionatda Mari Boyanı qabaqlayaraq, ikinci yeri tutub.

Son dövrədə Noel Leon Benavidesin hücumunu dəf edib və mövsümdə ikinci dəfə podiuma yüksəlib. 2025-ci ilin çempionu Rafael Kamara isə beşinci olub.

Beləliklə, Formula 3 mövsümü başa çatıb! Növbəti dəfə sürücülər 7-8 oktyabrda İspaniyanın Xeres trasında keçiriləcək testlərdə iştirak edəcəklər.

Rauf Hacıyev

Şərh əlavə et