Xəbəri Kokpitdə Oxuyun!

Binder ikinci sessiyada üstün olub

MotoGP üzrə Kataloniya Qran Prisinin ikinci sərbəst yürüş sessiyasında günün ən sürətli pilotu Bred Binder olub.

Red Bull KTM Factory Racing komandasının pilotu 1:38.141-lik zaman nəticəsi ilə günü zirvədə bağlayıb. Onun komanda yoldaşı Pedro Akosta isə cəmi 0.104 saniyə geri qalaraq, ikinci yeri tutub. İlk üçlüyü isə 1:38.280-lik nəticə ilə Aleks Markes tamamlayıb.

Qardaşı Mark Markes dördüncü, Marco Bezzekki (Aprilia) isə beşinci yerləri tutublR. Sessiya boyu KTM sürücülərinin tempi diqqət mərkəzinə düşüb.

Ducati tərəfində isə işlər gözlənildiyi kimi getməyib – sabiq çempion Francesko Banyaya 21-ci yerlə kifayətlənib. Yamaha adına Fabio Kuartararo və Migel Oliveira ilk 12-liyə düşməyi bacarıblar, lakin Maverik Vinyales 23-cü nəticə ilə gözlənilməz nəticə göstərib.

Rauf Hacıyev

Şərh əlavə et