Xəbəri Kokpitdə Oxuyun!

İtaliya F3 – Son yarışa Benavides pouldan başlayacaq

AIX Racing komandasının sürücüsü Bred Benavides Formula 3 mövsümünün Montsada keçirilən son mərhələsinin təsnifatında ən sürətli nəticəni göstərib. Onunla birlikdə bazargünkü yarışa ilk cərgədən Uqo Uqoçukvu start verəcək.

Montsada keçirilən təsnifat mərhələsində sürücülər iki qrupa bölünüb – hər bir qrupun sərəncamında 10 dəqiqə vaxt olub.

  • “A qrupu” – cüt start nömrələri olan sürücülər.
  • “B qrupu” – tək nömrəli sürücülər.

Bazar günü yarışının start düzülüşü də bu formata uyğun müəyyənləşdirilib:

  • ən yaxşı vaxtı göstərən qrupun qalibi poul qazanır;
  • digər qrupun ən sürətlisi ikinci yerdən start alır;
  • sonrakı yerlər isə qruplar üzrə növbələşərək düzülür.

Sürətli on iki sürücü isə şənbə günü sprint yarışında əks start düzülüşünə görə mübarizə aparacaq: məsələn, ikinci qrupun 6-cı sürətlisi poul qazanır, “A qrupu”nun 6-cısı isə ikinci yerdən start alır və s.

“A qrupu”nda trasa Badoer, Ugoçukwu, Kamara, Van Hopen, Uorton, İntrafuvasak, Conson, Tramnits, Custi, Hedli, Vuaizen, Bilinski, Lakorte və Xo çıxıblar.

Heç kim rəqibinə düzlüklərdə hava kisəsi vermək istəmədiyi üçün hamının iki sürətli dövrə vurmaq imkanı olub.

Ən yaxşı vaxtı Uqo Ugoçukvu göstərib – 1:38.613, o, Tasanapol İntrafuvasak cəmi 0,013 saniyə qabaqlayıb. Rafael Kamaranın ən yaxşı dövrəsi isə tras limitlərini aşdığı üçün ləğv olunub və o, qrupunda yalnız 15-ci qalıb.

“B qrupu”nda isə Leon, Stromsted, Vurts, Taponen, Boya, Colov, Stenshorn, Si, Del Pino, Nael, Dominqes, Şarp, Barrikello, Benavides və Zaqazeta çıxış ediblər.

Burada da oxşar ssenari yaşanıb. Hər sürücünün yalnız iki cəhd imkanı olub.

Ən yaxşı nəticəni Bred Benavides göstərib – 1:38.120.

Onun nəticəsi “A qrupu”nun liderindən daha sürətli olduğu üçün bazar günü yarışına pouldan AIX Racing sürücüsü start alacaq.

Şənbə günü keçiriləcək sprint yarışında isə Laurens Van Hopen poulda olacaq

Rauf Hacıyev

Şərh əlavə et