Xəbəri Kokpitdə Oxuyun!

Kataloniyada Akostadan yaxşı başlanğıc

MotoGP üzrə Kataloniya Qran Prisinin ilk sərbəst yürüşləri gərgin anlara səhnə olub.

Sessiyanın startı ilə Maverik Vinyales 1:41.652-lik göstərici ilə liderliyə yüksəlib. Ardınca trasda sürətlər artdıqca Mark Markes 1:39.198-lik nəticə ilə ilk yeri ələ alıb. Qardaşı Aleks Markes isə cəmi 0.2 saniyə geridə ikinci olub.

15 dəqiqəlik mərhələdə Yohan Zarko üçüncülüyə yüksəlib, bir az sonra isə Cek Miller 10-cu döngədə qəzaya uğrayıb. Zarko isə 5-ci döngədə qəzadan son anda xilas olub.

Sessiyanın gedişində texniki problemlər də yaşanıb: Enea Bastyanini pit yolundan çıxarkən dayanmalı olub, Ai Oqura isə 10-cu döngədə Aprilia motosikletinin qanadını itirib.

Son dəqiqələrdə sürücülər yeni təkərlərlə nəticələrini yaxşılaşdırmağa çalışıblar və  Pedro Akosta 1:38.979-luq nəticə ilə günün ən sürətli pilotu olub.

İspaniyalı sürücünü Yohan Zarko və Mark Markes izləyiblər. İlk beşliyi isə Maverik Vinyales və Aleks Markes tamamlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et