L.Həmilton: Artıq sakitəm

Rauf Hacıyev 31 Avqust 2025, 08:36
L.Həmilton: Artıq sakitəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Zandfortda keçirilən sıralama turundan sonra komandasının inkişafı və öz performansı barədə danışıb. İngilis pilot həftəsonuna fərqli yanaşma ilə başladığını bildirib.

Kokpit.az bildirir ki, britaniyalı sürücü bugünkü yarışa yeddinci yerdən başlayacaq.

Lyuis Həmilton: “Buraya gəlməzdən əvvəl bəzi kiçik dəyişikliklər etdim. Bu da mənə daha sabit bir başlanğıc imkanı verdi. Cümə günü maşın bir az çətin idarə olunurdu, üstəlik külək də işimizi çətinləşdirirdi. Ancaq etdiyimiz dəyişikliklər nəticəsində inkişaf etdik. Uzun müddətdən sonra son sessiyaya qaldım və buna görə minnətdaram”.

Britaniyalı sürücü sıralama nəticəsini ümidverici sayıb: “Bu nəticə ruhlandırıcı oldu. Ən azından komandanın bu tərəfi üçün yaxşı nəticə idi. Mexaniklər və komanda buna layiqdir. Mən də töhfə verə bildiyim üçün xoşbəxtəm. Amma əlbəttə ki, istədiyimiz yerdə deyilik. Burada sıralamada 0,6 saniyə geridə qalmaq çox böyük fərqdir. Bunun səbəbini anlamağa çalışmalıyıq. Şarl əvvəlki sıralanma turunda poul qazanmışdı, amma hələ də fərq çox böyükdür”.

Yeddiqat Dünya Çempionu maşındakı dəyişikliklər barədə isə belə danışıb: “Bu həftəsonu mühəndislərlə çox yaxşı işlədik. Sazlanmalarda böyük dəyişikliklər etmədik, xırda toxunuşlarla irəlilədik. Bunun nəticəsində maşına inamım artdı. Son iki gündəki irəliləyişin səbəbi də budur”.

Hamilton bolidin çatışmazlıqları barədə də fikirlərini bölüşüb: “Əsas çatışmazlıq daha çox asfaltayatma qüvvəsinin olmamasıdır. McLaren buradakı döngələrdən çox daha sürətli çıxır. Bunun təkərlərləmi, yoxsa aerodinamik gücləmi bağlı olduğunu dəqiq bilmirik. Bəlkə də hər ikisinin qarışığıdır. McLaren-in digərlərindən daha çox asfaltayatma qüvvəsi var. Biz də bunu istəsək, daha böyük qanad istifadə etməliyik, amma o zaman da sürət itiririk. Bundan başqa, maşının döngələrdə daha sabit olması lazımdır. Burada külək də işi çox çətinləşdirir. Birinci döngədə arxadan külək, başqa yerlərdə isə çarpaz küləklər var. Bu maşın küləyə qarşı çox həssasdır”.

Yarış üçün gözləntiləri barədə danışan Həmilton əlavə edib: “Son həftələr kabus kimi idi. İndi isə sabit bir həftəsonu keçirmək çox vacibdir. İndiyədək bu, mövsümün ən stabil həftəsonlarından biri olub. Bu da mənim yanaşmam və proseslərdəki dəyişikliklərdən qaynaqlanır. Daha sakitəm. Komanda əla iş gördü. Sıralanma turunda yaxşı idik, amma yarış üçün bir az daha performansa ehtiyacımız var. Ola bilsin, tempimiz daha yaxşı olsun və rəqiblərə təzyiq göstərə bilək”.

Sazlanma seçimi ilə bağlı isə belə cavab verib: “Şarl səhər başqa bir yol seçdi, amma mən öz sazlanmama sadiq qaldım. Bu, mənim üçün düzgün qərar idi. Onun yolunu mövsüm boyu dəfələrlə sınamışam, amma heç vaxt işə yaramayıb. Bu maşından ən yaxşısını necə çıxaracağımı öyrənirəm. Mən həmişə daha yaxşısını axtarıram. Amma bu maşınlarla hər zaman kiçik şeylərin arxasınca qaçmaq düzgün deyil, əksinə, sabit qalmaq lazımdır”.

Bunları da oxuyun

Şərh əlavə et