15 dəqiqəlik birinci sessiya başlayan kimi sürücülər vaxt itirmədən trasa çıxıblar. Ard-arda sürətli dövrələr gəldikdən sonra Marko Bezzekki 1:36.800-lik nəticə ilə zirvəyə yüksəlib və mövqeyini qoruyub. İkinci yerə isə Fabio Di Cannantonio sahib çıxıb.
İkinci sessiyada poul uğrunda mübarizə qızışarkən Pedro Akosta 8-ci döngədə qəzaya düşüb. Ardınca Mark Markes 1:36.646-lıq nəticə ilə liderliyə yüksəlib. Ondan 0.296 saniyə geridə Enea Bastianini qərarlaşıb.
Sessiyanın sonuna yaxın Bezzekki ikinci yerə yüksəlib daha sonra isə Di Cannanntonio, Bastianinidən 0.070 saniyə daha sürətli dövrə vuraraq, onu arxada qoyub.
Nəticədə Markes turunu daha da yaxşılaşdıraraq, 1:36.518 zaman nəticəsi göstərib və Macarıstan Qran Prisinin sıralanma turunda poulun sahibi olub.
Şərh əlavə et