Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Kumirim Rossi idi

McLaren komandasının pilotu Lando Norris Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Esports World Cup tədbirində səhnəyə çıxaraq, həm uşaqlıq xatirələrini, həm də Formula 1-ə qədər olan yolunu izləyicilərlə bölüşüb.

Hazırda pilotlar çempionatında komanda yoldaşı Oskar Piastridən cəmi 9 xal geri qalaraq ikinci pillədə qərarlaşan Norris, karyerasının əvvəlində motokros və ya motosiklet yarışlarına yönəlmək istədiyini bildirib.

Britaniyalı sürücü, atasının bir vaxtlar ona aldığı kvadrasıklı “çox təhlükəli” olduğu üçün satdığını, lakin bunu oğluna “oğurlanıb” deyə izah etdiyini də açıqlayıb.

Lando Norris: “Bilirsinizmi, mən həmişə motosikletlərlə bağlı işlər görmək istəmişəm. Əslində mənim başlama nöqtəm də ora idi. At çapmağı sınadım, bəyənmədim. Kvadrasıkla mindim, atam satdı, amma mənə guya oğurlandığını dedi. Əslində isə mənim üçün çox təhlükəli olduğu üçün satmışdı. Sonra motokrosa başladım”.

O, avtoidman sevgisinin Formula 1-i izləməyə başlamazdan çox əvvəl formalaşdığını vurğulayıb: “Mən torpaq üzərində keçirilən motosiklet yarışlarını çox sevirdim. Motosikletlər, motokros, kvadrasıkl… Hamsını Formula 1-i görməmişdən əvvəl bəyənirdim. Mənim üçün səhrada keçirilən yarışlar dünyanın ən maraqlı yarışkarı idi. Əslində ilk arzum elə bu idi. Motosikletlərə sevgim oradan başladı Qəhrəmanım isə Valentino Rossi idi”.

Rauf Hacıyev

Şərh əlavə et