Moto2 Avstriya: Moreyra qalib gəlib

Rauf Hacıyev 17 Avqust 2025, 16:23
Moto2 Avstriya: Moreyra qalib gəlib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Avstriyanın simvolik trası olan Red Bull Ringdə keçirilən yarışda pouldan start alan Dioqo Moreira liderliyini qoruyaraq, startdan finişə qədər yarışı nəzarətdə saxlayıb və təsirli performansı ilə qələbə qazanıb.

Moto2 yarışında da həftəsonu boyunca olduğu kimi buludlu hava hökm sürüb, tras şəraiti əlverişli olub, temperatur isə 23 dərəcəyə qədər yüksəlib.

İkinci yeri Moreiradan cəmi 2.375 saniyə geridə qalan Daniel Holqado tutub. Celestino Vietti sabit temp ilə finiş xəttini üçüncü sırada keçib. Son dövrələrdəki uğurlu hücumları ilə Albert Arenas dördüncü, Toni Arbolino  isə güclü performansla beşinci olub.

Həftəyə yaxşı başlayan və sıralama turunda ikinci sessiyaya yüksələn və yarışa dördüncü yerdə başlayan Manuel Qonzales, David Alonso və Co Roberts  isə yarışı vaxtından əvvəl dayandırıblar.

Növbəti yarış 22-24 avqust tarixlərində Macarıstanın məşhur Hungaroring trasında keçiriləcək.

Bunları da oxuyun

Şərh əlavə et