Bu, keçmiş Formula 1 pilotunun vətəni Avstraliyada, ötən cümə axşamı baş verib. Rikkardo uzun illərdir motokrosa maraq göstərir və bunu fiziki formasını qorumaq üçün yaxşı üsul hesab edir.
Hadisə ilə bağlı ətraflı məlumat hələ açıqlanmayıb, lakin belə görünür ki, o, məşq zamanı körpücük sümüyünü zədələyib. Qəza ölkənin şimal-şərqində, Deyntri şəhərinin yaxınlığındakı trasda baş verib. Daniel Mossman şəhərindəki tibbi mərkəzə aparılıb və orada ona zəruri yardım göstərilib.
Qeyd edək ki, bu insident Rikkardonun uzun fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb, son aylar nə ilə məşğul olduğunu danışmasından cəmi bir neçə gün sonra yaşanıb.
Şərh əlavə et