Pouldan start alan Marko Bezzeki ilk döngələrdə üstünlüyünü qoruya bilməyib və Markes qardaşları onu keçiblər. Aleks Markes liderliyə yüksəlib, Mark Markes ikinci, yeddinci yerdən start götürən Pedro Akosta isə üçüncü yerə qalxıb.
Bir neçə dövrə sonra Akosta tras limitlərini aşdığı üçün rəsmi xəbərdarlıq alıb.
Yarışa 5 dövrə qalmış Mark Markes qardaşı Aleksi geridə qoyaraq, liderliyi ələ keçirib. Franko Morbidelli isə trasdan çıxaraq 14-cü yerə qədər geriləyib.
Beləliklə, sprint yarışının qalibi Mark Markes olub. Onu Aleks Markes və Pedro Akosta izləyib.
Yarışa üçüncü yerdən başlayan Françesko Banyaya isə pis start alaraq, gerilərə düşüb. Daha sonra isə əyləc probleminə görə boksa gələrək, mübarizəni vaxtından əvvəl dayandırıb.
Şərh əlavə et