Markes son sessiyada da birincidir

Rauf Hacıyev 16 Avqust 2025, 13:17
Markes son sessiyada da birincidir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Avstriya Qran Prisinin ikinci sərbəst yürüşlərində ən sürətli sürücü Mark Markes olub.

Kokpit.az bildirir ki, ispaniyalı sürücü 1:28.751 zaman nəticəsu ilə komanda yoldaşı Françesko Banyayanı 0.326 saniyə qabaqlayaraq zirvəyə yüksəlib. Sessiyanın böyük hissəsində üstünlüyünü 0.4 saniyə civarında qoruyan Markes, son dəqiqələrdə Akosta və Banyayanın tempi artırmasına baxmayaraq, liderliyi əldən verməyib.

Banyaya ikinci, Pedro Akosta isə 0.364 saniyə geridə üçüncü yeri tutub. Marko Bezzeki dördüncü, Aleks Markes beşinci, Luka Marini isə altıncı olub.

İlk onluqda  Raul Fernandes, Fabio Di Cannanantonio, Xoan Mir və Franko Morbidelli yer alıb. Yamaha komandasının sürücüsü Fabio Kuartararo Yamaha üçün ən sürətli dövrəni göstərsə də, yalnız 11-ci ola bilib. Son dünya çempionu Xorxe Martin isə 12-ci yeri tutub.

Yohan Zarko 7-ci döngədə qəza etdikdən sonra pitə dönməli olub.

Bunları da oxuyun

Şərh əlavə et