Kokpit.az xatırladır ki, Corc Rassellin Mercedes-lə müqaviləsi ilin sonunda başa çatacaq, amma tərəflər hələ də yeni müqavilə imzalamayıblar. “Gümüşü oxla” bir müddət Maks Ferstappenlə maraqlansa da, niderlandlı sürücünün komandası Red Bull-la müqaviləsi olduğu üçün bu transfer baş tutmayıb.
Toto Volff: “Corcla bağlı yaxın zamanda müqavilə xəbərləri gözləmək olarmı? Bəli.
Mən həmişə demişəm ki, pilotlarımızdan – Rassell və Kimi Antonellidən – razıyam. Amma birdən Ferstappenin gələcəyi sual altına düşdü və biz onunla da danışıqlar aparmalı olduq…
Mən Corca qarşı hər zaman tam dürüst olmuşam. Onun komandada qalma ehtimalı 90 faiz idi, lakin Ferstappenlə də danışmalı idik. İndi isə vəziyyət aydınlaşıb və hər şey əvvəlki halına qayıdıb”.
Toto Volff əlavə edib ki, Rassellin inkişafından və Lyuis Həmiltonun gedişindən sonra liderliyi üzərinə götürməsindən məmnundur: “Artıq ötən il Corcun nə qədər böyüdüyü aydın görünürdü, amma o, Həmilton kimi bir çempionun kölgəsində idi.
Lyuis komandadan ayrıldıqdan sonra Corc təbii şəkildə lider rolunu üzərinə götürüb və nəticələr göstərib. Hətta bu nəticələr maşının potensialından daha yüksək olub”.
Qeyd edək ki, Corc Rassell bu il biri qələbə olmaqla, 6 podium görüb. O, hazırda 172 xalla çempionatda dördüncü yerdə qərarlaşıb.
Şərh əlavə et