Xəbəri Kokpitdə Oxuyun!

L.Norris: Qələbə gözləmirdim

McLaren komandasının sürücüsü Lando Norris qələbə qazanmağı gözləmirmiş.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü Macarıstan yarışında qələbə qazanaraq, çempionatda Oskar Piastri ilə olan xal fərqini doqquza endirib. Bu nəticə McLaren üçün tarixdəki 200-cü qələbə olub. Piastrinin ikinci yeri isə komandaya ardıcıl dördüncü dubla imza atmaq imkanı verib.

Lando Norris: “Halım yoxdu – bu yarış inanılmaz dərəcədə çətin keçdi. Əslində bir pit-stoplu strategiya heç vaxt planımızda yox idi, amma ilk dövrədən sonra döyüşə qayıtmaq üçün yeganə yol o idi.

Yarışın son hissəsində Oskar mənə çatırdı, buna görə də bütün gücümlə sürməli oldum. Məhz buna görə bu qələbənin dəyəri daha böyükdür. Bu gün hər şey mükəmməl alındı!

Qələbə qazanacağımızı düşünmürdüm. Ən yaxşı halda ikinci olacağımızı gözləyirdim. Amma bilirdim ki, önüm boş formada sürə bilsəm, sürətlə gedib, irəli çıxa bilərəm. Bu da işə yaradı.

Belə yarışlarda həmişə risk var, çünki seçilən strategiyanı reallaşdırmaq üçün səhvsiz sürmək və hər dövrəni mükəmməl keçmək vacibdir – biz də bunu etdik.

Oskarla aramızda çox gərgin mübarizə getdi, kimdə üstünlük olduğunu demək çətindir. Onunla yarışmaq çox çətindir, amma ona haqqını verirəm. Mükəmməl hücumlar edirdi və mən böyük çətinliklə liderliyimi qoruya bildim”.

Rauf Hacıyev

Şərh əlavə et