30 dəqiqəlik sessiya başladıqdan dərhal sonra bütün pilotlar trasda peyda olub və isinmə dövrlərindən sonra sürətli cəhdlərə keçiblər. İlk sürətli dövrəni Uqo Uqoçukvu göstərib – 1:33.436. Daha sonra onun nəticəsini Noy Stromsted və Lorens van Höpen təkmilləşdirib.
Kamaranın ilk dövrəsi tras limitlərini aşdığına görə ləğv olunub. Çempionatın ikinci pilləsində qərarlaşan Nikola Colov isə dördüncü nəticəni göstərib. Mari Boya trasa rəqiblərindən gec çıxsa da, ilk cəhdində 1:33.013 zaman nəticəsi ilə liderliyə yüksəlib. Onunla eyni strategiyanı seçən Tasanapol İntrafuvasak rəqibi Stromstedin nəticəsini cüzi fərqlə keçərək ikinci yerə çıxıb.
Pilotlar yeni təkər dəsti ilə trasda növbəti dövrələrinə başlayıblar. Brando Badoer rəqibi Boyanın nəticəsini geridə qoyub. Daha sonra Çarli Vurts 1:32.737-lik zaman nəticəsi ilə liderliyə yüksəlib. Kamara bu cəhdlərdə beşinci yeri tuta bilib.
Sonuncu cəhdlər zamanı liderlik tez-tez əl dəyişib. Tuuukka Taponen bir müddət zirvədə qərarlaşsa da, əvvəlcə Mari Boya, daha sonra isə Kamara onun nəticəsini təkmilləşdirərək sessiyanın qalibi olublar. Kamara 1:32.518 zaman nəticəsi ilə poulu təmin edib.
Bu, Kamaranın 2025-ci il mövsümündə qazandığı beşinci poul olub. Mari Boyanın i isə mövsüm ərzində ilk yarışa ikinci yerdən start verəcək. Nikola Colov isə sıralanma turunu 21-ci yerdə tamamlayıb və əsas yarışda ön sıralar uğrunda mübarizəni çətinləşdirib.
Qeyd edək ki, sprint yarışında ilk 12 yer tərsinə start verəcək. Beləliklə, şənbə günü keçiriləcək sprint yarışına Tasanapol İntrafuvasak poul mövqeyindən başlayacaq. Onunla birinci cərgəni Ceyms Hedli bölüşəcək.
Şərh əlavə et