Belçika F3: Yarış ləğv edilib

Rauf Hacıyev 27 İyul 2025, 11:26
Belçika F3: Yarış ləğv edilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 3 üzrə Belçika yarışı güclü yağışa görə ləğv edilib.

Kokpit.az bildirir ki, sürücülər təhlükəsizlik avtomobilinin arxasında cəmi iki natamam dövrə vurublar. Daha sonra sessiya üçün ayrılmış vaxt başa çatıb və yarış ləğv edilib.

Gənclər çempionatının iştirakçıları bazar səhərini leysan yağışla qarşılayıblar. Təhlükəsizlik məqsədilə isinmə dövrəsinin startı təhlükəsizlik avtomobilinin arxasında verilib. Elə birinci dövrənin gedişində Ceyms Hedli, Tim Tramnits və Brando Badoer trası tərk ediblər. Hedli və Tramnits mübarizəni davam etdirə biliblər, lakin Badoer yarışı dayandırmalı olub.

Trasın bəzi hissələrində tam axınlı su kanalları əmələ gəlib və bu səbəbdən yarış rəhbərliyi qırmızı bayraqlarla sessiyanı dayandırıb. Peloton təhlükəsizlik avtomobilinin ardınca pit yoluna qayıdıb.

Fasilə yarım saat davam edib. Bu müddətdə yağış demək olar ki, dayanıb. Marşallar isə asfaltın üzərindəki suyu qurutmaq üçün quruduculardan və traktor texnikasından istifadə ediblər.

Pilotlar yenidən təhlükəsizlik avtomobilinin arxasında trasda qayıdıblar, lakin ilk dövrədə Tasanapol İntrafuvasak ikinci sektorda bolidin idarəetməsini  itirib və otlu sahəyə çıxıb. O, trada qayıtmağa cəhd etsə də, maşının altı bardürə ilişib və o da yarışı dayandırmalı olub.

Bernd Maylander pelotonu iki dövrə boyunca arxasınca aparıb, daha sonra trasda yenidən qırmızı bayraqlar qaldırılıb və bütün pilotlar pit yoluna qayıdıblar. Bu zaman 15 dəqiqəlik gerisayım işə düşüb.

Gerisayımın sonuna on dəqiqədən bir qədər çox vaxt qaldığı anda yarış rəhbərliyi yarışın bərpa olunmayacağını açıqlayıb. Faktiki olaraq, pilotlar təhlükəsizlik avtomobilinin arxasında iki dövrədən az məsafə qət ediblər və bu səbəbdən onlara hətta yarım xal da verilməyib.

Formula 3-ün növbəti mərhələsi 1–3 avqust tarixlərində Macarıstandakı Hunqarorinq trasında keçiriləcək.

Bunları da oxuyun

Şərh əlavə et