Spa-Frankorşamda ikinci yerdən start alan niderlandlı sürücü damalı bayrağı üçüncü yerdə keçərək podiumu tamamlayan son pilot olub.
Yarışdan sonra danışan MAks Ferstappen bildirib: “Ümumilikdə nəticədən razıyam. Yarış boyu əlimdən gələni etdim. Yarışın ilk hissəsi o qədər də pis keçmədi. İkinci hissə isə yəqin ki, bir qədər çətin oldu. Düşünürəm ki, həm Kimi, həm də mən virtual təhlükəsizlik avtomobili mərhələsində bir qədər bəxtsiz vəziyyətə düşdük.
Bununla belə, bizim üçün podiuma yüksəlmək çox yaxşı nəticədir. Əlimdən gələni etdim və açığı, üçüncü yerin yaxşı nəticə olduğunu düşünürəm”.




Şərh əlavə et