Yarışdan sonra podium mərasimində danışan monakolu pilot həftəsonunu və bolidin davranışını dəyərləndirib: “Son ana qədər qələbəyə inanırdım. Düz vaxtda tətbiq edilən virtual təhlükəsizlik avtomobili bizə müəyyən üstünlük verdi. Bununla yanaşı, ümumi yarış tempimiz də kifayət qədər güclü idi. Hard təkərlərə keçdikdən sonra, xüsusilə ilk beş-altı dövrədə ön oxda ilişmə baxımından ciddi problemlər yaşadım və bu, mənim üçün çətin oldu.
Xoşbəxtlikdən sonrakı dövrələrdə təkərlər daha yaxşı işləməyə başladı və yenidən ritmimi tapa bildim. Hazırda bolidin içində özümü əvvəlkindən daha rahat hiss edirəm. Əlbəttə, hələ üzərində işləməli olduğumuz çox məqam var. Lakin düşünürəm ki, bu həftəsonu irəliyə doğru atılmış mühüm bir addım oldu”.




Şərh əlavə et