Belçika yarışında damalı bayrağı birinci görərək podiumun ən yüksək pilləsinə yüksələn Mercedes pilotu yarışdan sonra mətbuatın suallarını cavablandırıb. Son yarışlarda yaşadığı uğursuzluqlardan sonra yenidən qələbə qazanmağın sevincini yaşayan gənc sürücü Spa-Frankorşamdakı gərgin mübarizəni belə dəyərləndirib: “Bir neçə çətin yarışdan sonra yenidən podiumun ən yüksək pilləsinə qayıtmaq həqiqətən möhtəşəm hissdir. Tras üzərində sonadək gərgin mübarizə apardıq. Virtual təhlükəsizlik avtomobili mərhələsində liderliyi itirdik, ancaq təslim olmadıq, yenidən tempimizi tapdıq və birinci yeri geri qaytara bildik.
Bu, çox çətin qələbə idi. Çünki arxamızdakı Şarl Lekler son dərəcə sürətli idi. Yarış boyu ona qarşı mövqeyimizi qorumaq və üstünlüyümüzü saxlamaq üçün imkanlarımızın son həddinə qədər mübarizə aparmalı olduq”.




Şərh əlavə et