Mercedes-in gənc pilotu fiziki baxımdan olduqca çətin keçən yarışda finiş xəttini üçüncü yerdə keçərək podiumun son pilləsinə yüksəlib.
Yarışın çətinliyindən danışan Kimi Antonelli podiuma qalxdığı üçün xoşbəxt olduğunu bildirib: “Doğrudan da, çox çətin yarışı geridə qoyduq. Amma günün sonunda podiuma yüksəldiyim üçün çox xoşbəxtəm.
Lando ilə Lyuis arasındakı mübarizədən yararlana bildim və hər ikisini qabaqlamaq üçün lazımi hücumu etdim. Komandaya üçüncü yeri qazandırmaq əla nəticədir və buna görə çox sevinirəm”.
Növbəti yarış olan Ostində nəzəri olaraq dünya çempionluğunu vaxtından əvvəl təmin etmək şansı olduğu xatırladıldıqda isə gənc pilot təəccübünü gizlətməyib: “Çempion ola bilərəm? Doğrudan da?! Hələlik bunu düşünməyək. Əlimizdən gələnin ən yaxşısını etməyə, yaxşı həftəsonu keçirməyə və işimizi sona çatdırmağa fokuslanaq”.




Şərh əlavə et