Ötən ilin iyulunda Kristian Hornerin vəzifəsindən uzaqlaşdırılmasından sonra Red Bull-un Baş Direktoru və Komanda Rəhbəri vəzifələrini icra etməyə başlayan Mekis komandanın Milton-Kinsdəki bazasında keçirilən görüş zamanı uzunmüddətli müqavilə imzalayıb. Müqavilənin uzadılması barədə xəbəri komandanın səhmdarı Mark Mateşiç Malayziya və Sinqapur Qran Prilərində ardıcıl qələbələrdən sonra açıqlayıb.
Yeni müqavilə barədə danışan Loren Mekis bunları deyib: “Oracle Red Bull Racing ilə bu yolu davam etdirməkdən böyük qürur duyuram. Mənə göstərdikləri etimada görə Çalermə, Marka, Oliverə və bütün komandaya təşəkkür edirəm.
Bu komandanı xüsusi edən hər kəsin eyni məqsəd uğrunda birləşməsidir. Gələcəyimizin formalaşmasında mühüm rol oynayan Pyer Vaşe və Ben Hockinsonun rəhbərlik etdiyi komandalarla birlikdə qarşıdakı illər üçün möhkəm təməl qurmuşuq. İnanıram ki, bu, yalnız başlanğıcdır.
Bizi fərqləndirən prinsiplərə sadiq qalacağıq. Düşüncələrimizdə azad, fəaliyyətimizdə sürətli, qərarlarımızda isə cəsarətli olacağıq”.
Mekisin müqaviləsinin uzadılması Maks Ferstappenin ən azı 2030-cu ilin sonuna qədər Red Bull-da qalacağını təsdiqləməsindən və Ayzek Hacarın 2027-ci il mövsümündə də komandada çıxış edəcəyinin açıqlanmasından sonra baş tutub.
Komandanın səhmdarları Mark Mateşiç və Çalerm Yuvithya birgə açıqlamalarında Mekisin mühüm keçid dövründə komandaya rəhbərlik edərkən onun rəqabət ruhunu qoruduğunu bildiriblər. Onların sözlərinə görə, müqavilənin uzadılması Red Bull-un uzunmüddətli hədəflərinə inamın göstəricisidir.
Red Bull-un baş direktoru Oliver Mintslaff isə davamlı uğurun əsas şərtlərindən birinin komanda heyətində sabitlik olduğunu vurğulayıb və Mekisin Red Bull ruhunu mükəmməl şəkildə təcəssüm etdirdiyini bildirib.




Şərh əlavə et