Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Hər üç tərkib işini gördü

Pirelli-nin proqnozlaşdırdığı kimi, Spa-Frankorşam trasında keçirilən Belçika Qran Prisində pilotların əksəriyyəti yarışı bir pit-stop strategiyası ilə başa vurub.

Pirelli Motorsport-un direktoru Dario Marrafuski yarışın yekunlarını belə dəyərləndirib: “Belçika Qran Prisində komandaların strategiya seçimində hər üç təkər tərkibi öz rolunu oynadı. Asfaltın temperaturu həftəsonunun əvvəlki günləri ilə müqayisədə bir qədər aşağı idi. Buna səbəb qismən yarış zamanı yağan yüngül yağış oldu. Nəticədə təkərlərin aşınması əvvəlki günlərdən daha az idi və bu da pilotlara daha uzun məsafəni eyni təkərlə qət etməyə imkan verdi.

Yalnız Ferrari əsas rəqiblərindən fərqli strategiya seçdi. Komanda Medium təkərlərlə ilk hissəni daha uzun keçirməyə qərar verdi və təhlükəsizlik avtomobilinin və ya virtual təhlükəsizlik avtomobilinin trasa çıxacağına ümid etdi. Nəticədə bu ssenari baş verdi.

Bu qərar Ferrari-yə pit-stop zamanı vaxt itkisinin azalmasına və hər iki pilotun təkərlərini eyni dövrədə dəyişməsinə imkan yaratdı.

Yalnız Karlos SaynsValtteri Bottas yarışa Soft təkərlərlə başladılar. Bizim fikrimizcə, bu strategiya yarışın ikinci hissəsində rəqibləri undercut hesabına keçmək üçün daha effektiv ola bilərdi.

Strategiya baxımından, təhlükəsizlik avtomobili və virtual təhlükəsizlik avtomobili rejiminin tətbiq olunmasına baxmayaraq, yarış kifayət qədər sadə keçdi”.

Rauf Hacıyev

Şərh əlavə et