Z.Braunun kitabı çıxır

Z.Braunun kitabı çıxır
  1. 1K. AntonelliMercedes380
  2. 2M. FerstappenRed Bull261
  3. 3L. HəmiltonFerrari259
  4. 4C. RassellMercedes250
  5. 5Ş. LeklerFerrari245
  6. 6L. NorrisMcLaren221
  7. 7O. PiastriMcLaren144
  8. 8İ. HəcərRed Bull107
  9. 9L. LousonRacing Bulls83
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi13
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  1. 1Mercedes630
  2. 2Ferrari504
  3. 3Red Bull382
  4. 4McLaren365
  5. 5Racing Bulls108
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi27
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

20 noyabr tarixində Formula 1 azarkeşlərinin və liderlik strategiyasına maraq göstərənlərin səbirsizliklə gözləyəcəyi bir kitab satışa çıxır – “Seven Tenths Of A Second” (“Yeddi onluq saniyə”). Parlaq narıncı üz qabığında nəşr olunan bu 400 səhifəlik avtobioqrafik kitab, McLaren Racing-in rəhbəri Zek Braunun həyat yolu, rəhbərlik fəlsəfəsi və Formula 1-dəki dönüş nöqtələri barədə danışır.

Kitab məntiqli və simvolik bir zamanda – McLaren-in çempionluğa doğru irəlilədiyi mövsümün sonunda işıq üzü görəcək. Komanda bu il həm Mühəndislər, həm də Sürücülər Çempionatında liderlik edir və Zak Braunun rəhbərliyi ilə 26 illik uğursuzluq dövründən sonra yenidən zirvəyə dönmək üzrədir. İndi isə yeganə sual budur: Çempion kim olacaq? – Oskar Piastri yoxsa Lando Norris?

📘 Kitabda nələr var?

Nəşriyyatın (Penguin Books) verdiyi anotasiyaya görə:

“Zek Braun on il peşəkar yarış sürücüsü olub və yarış ruhunun necə qurulacağını yaxşı bilir. Onun rəhbərliyi ilə McLaren yenidən qələbə qazanan komandaya çevrilib. Bu kitabda Zek bir komandanı necə böhrandan çıxarıb zirvəyə daşımağın yollarını bölüşür – həm dürüstlük, həm yumor, həm də ilhamla”.

Braun özü isə belə deyir: “10 yaşımda valideynlərim məni ilk dəfə yarışa apardı. O vaxtdan bu inanılmaz idman mənim ehtirasıma çevrildi. McLaren-in yenidən liderə çevrilməsində rol oynamaq mənim üçün böyük şərəf oldu. Bu yolda öyrəndiyim dərsləri və yaşadığım hekayələri oxucularla bölüşməkdən məmnunam.”

🟧 Bəs kitabın adı nə deməkdir?

“Seven Tenths Of A Second” adının konkret mənası açıqlanmasa da, bu Formula 1-də çox şey ifadə edən bir zaman fərqidir – bəzən çempionluqla məğlubiyyət arasındakı sərhəddir…

Hətta bəzi fanatlar bunun keçənilki Abu Dabi Qran Prisində Sayns və Norris arasındakı fərqlə bağlı olduğunu ehtimal etsələr də, real statistikaya əsasən, bu fərq 5.832 saniyə idi – yəni versiya təsdiqlənmir. Deməli, bu ad simvolik və daha dərinə gedən bir məna daşıyır – liderliyin, qərarlılığın və zəfərin incə sərhədləri haqqındadır.

Bu kitab yalnız Formula 1 fanatları üçün deyil, liderlik, komanda idarəçiliyi, uğur strategiyaları ilə maraqlanan hər kəs üçün dəyərli mənbə olacaq. Üstəlik, Milad bayramı ərəfəsində mükəmməl hədiyyə variantıdır.

Bunları da oxuyun

Şərh əlavə et