Canantonio Almaniyada günün ən sürətlisi olub

Rauf Hacıyev 11 İyul 2025, 18:23
Canantonio Almaniyada günün ən sürətlisi olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə Almaniya Qran Prisinin əsas sərbəst yürüş sessiyası maraqlı və gərgin anlarla yadda qalıb. Sessiyanı uzun müddət lider aparan Mark Markes son dəqiqələrdə Soft təkərlərlə nəticəsini yaxşılaşdıra bilməyib və üçüncü yerlə kifayətlənib.

Sessiyanın sonunda Fabio Di Cannantonio 1:19.071 nəticə ilə günün ən sürətli pilotu olub və sıralanma turunda birbaşa ikinci sessiyaya yüksələn ilk onluğun zirvəsində yer alıb.

Ən böyük sürprizlərdən biri isə Gresini Ducati komandasının pilotu Aleks Markesdən gəlib. Əlindən aldığı zədəyə baxmayaraq o, 1:19.408-lik nəticə ilə həm fərdi rekordunu yeniləyib, həm də ikinci yerə yüksələrək yarışa hazır olduğunu göstərib.

Mark Markes sessiyanın böyük hissəsini birinci yerdə keçirsə də, son dəqiqələrdə üstünlüyünü itirib. Buna baxmayaraq, 1:19.461 zaman nəticəsi ilə üçüncü olub və yarış həftəsonuna güclü start verib.

Sessiya yağış gözləntisi ilə keçirilib. Sürücülər sarı bayraqlardan və hava şəraitindən təsirlənməmək üçün təkər strategiyalarını erkən tətbiq ediblər və dövrəvi nəticələrini sessiyanın əvvəlində vurmağa çalışıblar. Xüsusilə son 5 dəqiqədə sıralamada ciddi dəyişikliklər yaşanıb.

Yamaha komandasında isə Fabio Kuartararo əla performans göstərib. Fransız sürücü sessiyanı dördüncü yerdə tamamlayaraq sıralanma turumda birbaşa Q2-yə keçib. Komanda yoldaşı Aleks Rins isə ilk 10-luğa düşə bilməyib.

Günün diqqət çəkən performanslarından biri də Pedro Akostaya məxsus olub. KTM pilotu 1:19.560 zaman nəticəsi ilə beşinci olub. Franko Morbidelli və Marko Bezzekki isə ilk 10-luqda yer alıblar. Xüsusilə Bezzekki sessiyanın əvvəlində yıxılsa da, özünə gələrək, uğurlu nəticə göstərib.

Bunları da oxuyun

Şərh əlavə et