Assendə baş verən qəzanın ardından dərhal əməliyyat olunan ispan pilot bir müddət bərpa prosesində idi. Komandası açıqlama verərək bildirib ki, Aleks Markes Almaniyaya səyahət edəcək və cümə axşamı keçiriləcək tibbi müayinədən keçərsə, yarışda iştirak edəcək.
Hazırda çempionatın lideri olan qardaşı Mark Markesdən 68 xal geridə olan Aleks üçün əsas motivasiya ikinci yeri qorumaqdır. O, hazırda Ducati komandasının sürücüsü Françesko Banyayanı 58 xal qabaqlayır.
Luka Marini də yarışlara qayıdır
Digər tərəfdən Honda sürücüsü Luka Marini də bir müddətlik fasilədən sonra traslara qayıdır. May ayında İngiltərə Qran Prisindən sonra Suzuka 8 Saat testlərində ciddi qəza keçirən Marini son üç yarışı buraxmalı olmuşdu. Keçən həftə Brnoda testlər edən italiyalı pilotun Almaniyada yarışacağını təsdiqlənib.
Honda-nın yaydığı açıqlamada Luka Marini bildirib: “Keçən həftə Brnoda etdiyimiz testlər yaxşı keçdi və fiziki vəziyyətimizi real formada dəyərləndirmək imkanı qazandıq. Hələ 100 faiz formada deyiləm, lakin bu vəziyyətdən çıxmağın ən yaxşı yolu yenidən motosikletə qayıtmaqdır. Əvvəlki səviyyəmə dərhal dönmək gözəl olardı, amma bu həftəsonu əsas məqsəd tempi tapmaq və mövsümü güclü şəkildə başa vurmaqdır”.
Somkiat Çantra iki yarışı buraxacaq
Bununla belə Honda-nın digər sürücüsü taylandlı Somkiat Çantra üçün vəziyyət o qədər də yaxşı deyil. Keçən həftə off-road məşqi zamanı baş verən qəzada onun sağ diz bağları zədələnib. Nəticədə o, Almaniya və Çexiya Qran Prilərini buraxacaq.
Çantra Assendəki MotoGP yarışında ilk xalını qazanmışdı. Onun əvəzinə Almaniya yarışına heç kim çıxmayacaq, lakin gələn həftə Çexiya Qran Prisində onun əvəzinə Honda-nın keçmiş sürücüsü Takaaki Nakagami trasda olacaq.
Şərh əlavə et