X.Martin qayıtmağa hazırlaşır

Rauf Hacıyev 09 İyul 2025, 17:21
X.Martin qayıtmağa hazırlaşır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə son dünya çempionu Xorxü Martin yaşadığı zədədən sonra yarışlara qayıtmaq üçün ilk real addımını atıb. İspaniyalı sürücü ötən həftə Barselonada Aprilia RSV4 yol motosikleti ilə test edərək, fiziki vəziyyətini yoxlayıb.

Aprilia komajdasının sürücüsü o anları şəxsi YouTube kanalında videobloq şəklində izləyiciləri ilə bölüşüb.

Aprilia komandasının verdiyi məlumata görə, Martin bu həftənin çərşənbə günü (9 iyul) Misano trasında RS-GP ilə test keçirəcək. Bu test uğurlu olarsa, pilotun 18-20 iyul tarixlərində keçiriləcək Çexiya Qran Prisində – Brnoda start alma ehtimalı var.

26 yaşlı sürücü yarışa qayıdış prosesinin başlanğıcını keçən həftə Barselona trasında iki günlük testlə edib. Günəşli və isti hava şəraitində keçirilən test zamanı Martin Aprilia RSV4 motosikleti ilə trasa çıxaraq hazırlıqlarını davam etdirib.

Xorxe Martin: “Burada son dəfə çempion olduğum zaman yarışmışdım. Bu trasa yenidən qayıtmaq çox xoşdur. Dörd aydır ki, motosiklet sürmürdüm, bu il mənim üçün çətin keçir, amma qayıdırıq”.

İspan sürücü ilk günün sonunda təxminən 68 dövrə atdığını və özünü yarış bitirmiş kimi hiss etdiyini deyib: “Dörd dövrədən sonra özümü sanki yarış başa vurmuşam kimi hiss etdim. Hava çox isti idi. Təkərlərin temperaturu 60 dərəcəyə çatdı. Davam etsəydim, tamamilə tükənəcəkdim. Hədəfim nahara qədərə 70 dövrə vurmaq idi, lakin 35 dövrədən sonra dayanmaq daha ağıllı qərardır”.

Testin sonunda atası Anxel Martin, qardaşı Xavyer və texniki heyətlə birlikdə təhlil aparan Xorxe Martin bu sözləri əlavə edib: “Günü yekunlaşdırdıq. Çox xoşbəxtəm, çünki geri döndük. Bu dönüş üçün əla addım oldu. Gələn həftə MotoGP motosikletinə minəcəm. Mənim üçün çox həyəcanlı həftələr başlayır”.

Bunları da oxuyun

Şərh əlavə et