Kokpit.az bildirir ki, fransalı sürücü sıralanma turundakı son cəhdində möhtəşəm son sektor göstəricisi ilə Françesko Banyayanı 0.028 saniyə qabaqlayıb və poul qazanıb.
Çempionluq uğrunda mübarizə aparan Aleks Markes sessiyanın sonlarına doğru liderliyi ələ alsa da, son anlarda rəqibləri onu qabaqlayıb.
Çempionatın lideri Mark Markes dünən yıxılandan sonra ağrılara baxmayaraq yarışa ikinci cərgədən başlayacaq. Marko Bezzekki və Franko Morbidelli isə yarışa beş və altıncı yerlərdən başlayacaqlar.
KTM-də isə gözləntilər qarşılanmayıb. Pedro Akosta və Maverik Vinyales müvafiq olaraq 9 və 10-cu yerləri tutublar. Honda komandasından Xoan Mir isə ikinci sessiyaya keçə bilməyərək, azarkeşlərini məyus edib. Raul Fernandes və Fermin Aldequer isə ikinci sessiyaya yüksələ biliblər.
Honda komandasının sürücüsü Luka Marini isə keçən ay Superbike testində keçirdiyi qəzadan sonra sağalma prosesi keçirir. Onu xüsusi dəvətlə həftəsonuna qatılmış Aleş Esparqaro əvəz edib.
Şərh əlavə et