M.Bezzekki: Xoşbəxt deyiləm

Rauf Hacıyev 19 İyun 2025, 11:14
M.Bezzekki: Xoşbəxt deyiləm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Aragondakı yarışda damalı bayrağı səkkizinci yerdə keçən Aprilia pilotu Marko Bezzekki, motosikletin inkişafından və komandanın əldə etdiyi irəliləyişdən ümumi olaraq razı qalsa da, tam mənada xoşbəxt olmadığını bildirib.

Araqondakı yarışa 20-ci sıradan başlayan Marko Bezzekki, finiş xəttini Xoan Mirin arxasında – səkkizinci yerdə keçib.

Yarışdan sonra mətbuata danışan Bezzekki bunları bildirib:
“Başladığım yerdən əlimdən gələni etdim, şikayət edə bilmərəm.

Müsbət tərəfdən baxsaq, əlbəttə ki, razıyam. Həm öz çıxışımdan, həm də bütün komandanın işindən məmnunam, çünki motosiklet həqiqətən çox yaxşı işləyirdi.

Ama təbii ki, tam olaraq xoşbəxt deyiləm. Təəssüf ki, yalnız zaman turuna fokuslana bilmirəm, çünki inkişaf işlərini təkbaşına yerinə yetirirəm. Bəzi şeyləri sınamalıyam, çünki komandaya rəy bildirməliyəm.

Motosiklet inkişaf edir. Əlbəttə, hələ də bəzi sahələrdə çətinlik çəkirik, amma çox da şikayət edə bilmərəm. Motosiklet gündən-günə daha yaxşı işləyir”.

Bezzekkinin komanda yoldaşı Lorentso Savadori də (2024-cü ilin çempionu Xorxe Martinin mövsüm əvvəlində yaşadığı zədələrdən sonra Aprilia-da yarışır) sıralanma performansı barədə fikirlərini bildirib: “Bu cür şeyləri yalnız bir günlük testlə inkişaf etdirmək asan deyil.”

“Ümumilikdə sıralanma turu üçün işləməliyik. Bəlkə də motosikleti bir qədər sakitləşdirməliyik və təkərin asfaltla ilişməsinə daha çox köklənməliyik.”

Bunları da oxuyun

Şərh əlavə et