Xəbəri Kokpitdə Oxuyun!

X.Martin Aprilia-dan ayrılır

MotoGP üzrə 2024-cü ilin Dünya Çempionu Xorxe Martin mövsümün sonunsa Aprilia-dan ayrılmaq istədiyini rəsmi olaraq bildirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il Pramac Ducati ilə Dünya Çempionu olduqdan sonra Aprilia komandasına transfer olunmuşdu.

Lakin Xorxenin Aprilia karyerası yaxşı başlamayıb. O, əvvəlcə qış testlərində qəza edərək, mövsümün ilk yarışlarını buraxmalı olub. O, Qətər Qran Prisində qayıtsa da, yarışda qəza edərək, yenidən zədələnmişdi.

Bütün bunlardan sonra Xorxe Martin komandadan mövsümün sonunda ayrılmaq istədiyini deyib. Əslində bu tələbin səbəbi Aprilia komandasının çempionluq uğrunda mübarizə apara bilməməsidir. Müqavilədəki maddəyə görə komanda titul uğrunda mübarizə apara bilməsə, müqaviləyə bir tərəfli xitam verilə bilər.

Lakin Martin bu il Qətər Qran Prisinı çıxmaq şərti ilə bütün mərhələləri buraxmalı olub. Buna görə də hazırda vəziyyət qarışıqdır. Aprilia komandası zədələrə görə xitam maddəsini keçərsiz sayır.

Son Dünya Çempionu Xorxe Martin bu barədə bunları deyib: “Mən heç vaxt müqaviləni pozmamışam.

Müqaviləni imzalayarkən biz Aprilia ilə açıq şəkildə razılaşdıq ki, müəyyən şərtlər yerinə yetirilməsə, 2026-cı ilə qədər gələcəyimlə bağlı qərar vermək hüququmu özündə saxlayacağam. Bu bənd təklifi qəbul etməyim üçün əsas şərt idi.

Keçən il komanda dəyişdirmək qərarına gələndə motosikleti real şəraitdə test etmək və komandanın iş strukturunu başa düşmək mənim üçün çox vacib idi. Bunun hesabına ikiillik müqavilə imzalayarkən özümü daha inamlı hiss edərdim. Buna görə də müqaviləyə həmin bəndi əlavə etdik.

Müqavilədə göstərilən tarixə qədər qərar vermək öhdəliyi ilə üzləşəndə ​​2026-cı il mövsümü üçün getmək hüququmdan istifadə etməyi seçdim. Bunu həmişə hörmət və şəffaflıqla etmişəm.

Qəzalara görə əmələ gələn şərait müqaviləni dəyişdirməsə də, prosesə təsir etdi. Buna görə Aprilia ilə danışdım və təklif etdim ki, dəyərləndirmə müddətini mən qayıtdıqdan sonra bir neçə yarış ərzində edək. İki tərəfin də 2026-cı il üçün son qərarı almasından əvvəl bir-birlərinə ikinci şans vermələrini daha məqsədəuyğun gördüm.

Aprilia-ya qarşı həmişə dürüst olmuşam. Motosikletə, layihəyə və komandaya qatqı verən hamının əməyinə hörmət edirəm.

Mən onları günahkar görmürəm. Sadəcə çətin anlar və zədələr yaşadıqdan sonra gələcək üçün daha qəti addım atmaq və tras daxilində və xaricində əlimdən gələnin ən yaxşısını etmək istəyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et