Xəbəri Kokpitdə Oxuyun!

Kuartararo Britaniyada da poul qazanıb

MotoGP üzrə Britaniya Qran Prisinin sıralanma turunda Yamaha komandasının sürücüsü Fabio Kuartararo poul qazanıb.

Kokpit.az bildirir ki, sıralanma turunun birinci sessiyasında Pedro Akosta 1.58.566 zaman nəticəsi ilə birinci yeri tutub. Daha sonra Luka Marini liderliyi ondan alıb. Franko Morbidelli isə ikinci olub.

Maverik Vinyales texniki problemə görə motosikıetini saxlayıb. Somkiat Çantra isə ikinci döngədə qəza edib.

İkinci sessiyadakı ilk cəhdlərdən sonra Mark Markes birinci olub. Onu 0.3 saniyə geridən Françesko Banyaya izləyib.

Sürücülər ikinci cəhdlər üçün trasa çıxıblar və ardıcıl sürətli dövrələr gəlməyə başlayıb. Fabio Kuartararo 1.57.233 zaman nəticəsi ilə zirvəyə oturub. Bu anda Yohan Zarko qəza edərək, sarı bayraqların çıxmasına səbəb olub. Bu insidentdən sonra Mark Markes nəticəsini yaxşılaşdıra bilməyib. Aleks Markes isə ikinci yerə yüksəlib. Françesko Banyaya üçüncü, Mark Markes dördüncü olub.

Rauf Hacıyev

Şərh əlavə et