Kokpit.az xatırladır ki, sərbəst yürüşlərin başlaması ilə Yohan Zarko protokollara başçılıq edib. Bir neçə dəqiqədən sonra Yohan Zarko Vale şikanında qəza edib. Ondan bir neçə dəqiqə sonra isə Mark Markes üçüncü döngədə qəza keçirib. Buna baxmayaraq ispaniyalı sürücü motisikletinə minərək yenidən pit yoluna qayıdıb.
Ai Oqura isə uzun müddət boksda qaldıqdan sonra məlum olub ki, onun dizində problem var və o, trasa çıxa bilməyəcək.
Sessiyanın sonlarında Aleks Markes 1.57.925 zaman nəticəsi ilə dövrəvi rekorda imza ataraq, liderliyi alıb. Onu Fabio Kuartararo və Cek Miller izləyiblər.
Şərh əlavə et