Kokpit.az bildirir ki, Britaniyada birinci sərbəst yürüşlər 20 dərəcə istidə və günəşli havada başlayıb.
Bütün sürücülər sessiyaya ön Soft və arxa Medium təkərlə başlayıblar. Təkər seçimləri keçən il Avqustdakı yarışla eyni olub.
Fabio Kuartararo Fransa Qran Prisində marşalların təlimatına uymadığı üçün sessiyanın ilk 10 dəqiqəsində trasa çıxmayıb.
Bundan başqa Aleş Esparqaro Honda-nın xüsusi dəvəti ilə trasa çıxıb. O, 2023-cü ildə Aprilia ilə Britaniyada qələbə qazanmışdı.
Sessiyanın başlaması ilə Yohan Zarko 2.02.009 zaman nəticəsi göstərib. Daha sonra Mark Markes 1.59.810 zaman nəticəsi ilə liderliyə yüksəlib. Bir müddətdən Marko Bezzekki 1.59.343 zaman nəticəsi ilə liderliyi ələ alıb.
Markes daha sonra 1.58.702 zaman nəticəsi ilə yenidən birinciliyə yüksəlib. Sessiyanın ilk 30 dəqiqəsindən sonra sıralanma belə olub: Mark Markes, Aleks Markes, Marko Bezzekki, Cek Miller, Maverik Vinyales, Fabio Kuartararo, Fabio di Canantonio, Françesko Banyaya.
Sessiyanın diqqət çəkən məqamı Ai Oquranın qəzası olub. O, ikinci döngədə qəza edib. Qəzadan sonra isə axsayaraq trasdan ayrılıb. İnsidentdən sonra qısa müddət də olsa, sarı bayraqlar dalğalanıb.
Beləliklə sessiya Mark Markesin liderliyi ilə başa çatıb. Onu Franko Morbidelli və Aleks Markes izləyiblər.
Şərh əlavə et