Kokpit.az xatırladır ki, 2026-cı ilin sonunda MotoGP-nin təkər istehsalçısı dəyişir – Michelin-i Pirelli əvəz edir. Bununla da Pirelli MotoGP-nin yeganə təkər istehsalçısı olacaq.
Pirelli 2027-ci il mövsümündən əvvəl Araqonda test etməyi planlaşdırır. Lakin bu testin vaxtı hələ məlum deyil. Araqonda keçirilməsi gözlənilən bu təkər testində isə beş istehsalçı yeni təkərləri sınaqdan keçirəcək. İştirakçılar arasında Honda, Aprilia, KTM, Yamaha və Ducati olacaq.
Bu testin 9 iyundakı rəsmi Araqon MotoGP test günündən sonra keçirilməsi gözlənilir. Pirelli bu tədbir ərzində yeni təkərlər haqda maksimum məlumat toplamağı hədəfləyir. 2026-cı ildə isə daha çox testin keçirilməsi gözlənilir. Bu müddət ərzində Pirelli komandaların və sürücülərin geri bildirimləri vasitəsi ilə təkərləri daha çox təkmilləşdirməyi düşünür.
Lakin bu test proqramı MotoGP padokunda bəzi narazılıqlara səbəb olub. Belə ki, 2025-ci il üçün Pirelli testlərinin xərclərini Pirelli şirkətic 2026-cı il üçün isə testlərin xərclərini komandalar qarşılayacaq. Ancaq əksər komandalar xərcləri hesablayanda test maliyyətini nəzərə almayıb.
Şərh əlavə et