A.Markes: Bu qələbə çox dəyərlidir

Rauf Hacıyev 28 Aprel 2025, 07:27
A.Markes: Bu qələbə çox dəyərlidir
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Gresini komandasının sürücüsü Aleks Markes bildirib ki, Xeresdə qazandığı ilk MotoGP qələbəsi Moto2 və Moto3-də qazandığı Dünya Çempionluqları qədər dəyərlidir.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü doğma publikası önündəki yarışa 4-cü yerdən başlasa da, Mark Markesin yıxılmasından istifadə edib və Françesko Banyaya ilə Fabio Kuartararonu keçərək, karyerasının ilk MotoGP qələbəsini qazanıb.

Aleks Markes: “Məndən “ilk MotoGP yarışınızı harada qazanmaq istəyirsiniz?” deyə soruşsalar, cavabım qəti şəkildə Xeres olardı.

Moto2-dəki ilk qələbəmi burada qazanmışdım. O da çox xüsusi idi. Amma MotoGP-də qazanmaq tamamilə başqa səviyyədir. Dünyanın ən yaxşı və ən hörmətcil azarkeşlərinə sahibik. Bu yarış mənim üçün möhtəşəm idi. Bu qələbə mənim üçün Moto2 və Moto3-də qazandığım iki çempionluqla eyni səviyyədədir.

Son döngədə qarışıq hisslər yaşadım. Həm sevincli idim, həm də emosional. Doğrudan da gözəl idi. Son illər çətin keçdi. Amma yanınızda doğru insanlar olanda işlər qaydasında gedir. O an o insanlar barədə düşündüm. Babamı, ailəmi və xüsusən Markı…

Mark hər gün yanımdadır və məni ən çox dəstəkləyən odur. Mənə ən çox tövsiyəni Mark verir”.

Qeyd edək ki, Aleks Markes bu qələbədən sonra çempionatda liderliyə yüksəlib. O, ən yaxın izləyicisi olan Mark Markesi bir xal qabaqlayır.

Bunları da oxuyun

Şərh əlavə et