İspaniya sprint – Kuartararo yıxılıb, Markes qazanıb

Rauf Hacıyev 26 Aprel 2025, 17:51
İspaniya sprint – Kuartararo yıxılıb, Markes qazanıb
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

MotoGP üzrə İspaniya Qran Prisinin sprint yarışında Mark Markes qalib gəlib.

Kokpit.az xatırladır ki, sprint yarışına Fabio Kuartararo pouldan başlayıb. Mark Markes ikinci, Françesko Banyaya üçüncü, Aleks Markes dördüncü yerdən start alıblar.

Fabio Kuartararo startda yerini qoruya bilib. Fransalı sürücünün əsas vəzifəsi Mark Markesi 12 dövrə ərzində arxasında saxlamaq idi. Lakin 2021-ci ilin Dünya Çempionu bunu bacara bilməyib. Startdan bir dövrə sonra Mark Markes onu keçib. Kuartararo isə bu əsnada qəza edərək, mübarizəni dayandırıb.

Bununla da Mark və Aleks Markes qardaşları ilk iki yerə yüksəliblər. Françesko Banyaya isə onları izləyib.

Yarışın bitməsinə 8 dövrə qalmış Cek Miller altıncı döngədə qəza edib və mübarizəni dayandıran ikinci Yamaha olub. Bir dövrə sonra Yohan Zarko da qəza edib.

Beləliklə, 12 dövrəlik sprint yarışında Mark Markes qalib gəlib. Aleks Markes ikinci, Françesko Banyaya üçüncü yerləri tutublar.

İspaniya Qran Prisinin əsas yarışı sabah Bakı vaxtı ilə 16:00-da başlayacaq.

Bunları da oxuyun

Şərh əlavə et