Kokpit.az xatırladır ki, mövsümə mükəmməl başlayan ispaniyalı sürücü bu həftəsonu Xeresdə öz publikasının önündə yarışa çıxacaq. Əfsanəvi sürücü hazırda çempionatda liderdir və ən yaxın rəqibi Aleks Markesi 17 xal üstələyir.
Mark Markes: “Əlbəttə, tribunalar dolu olacaq və hamı ispaniyalı sürücüləri dəstəkləyəcək. Belə gərgin həftəsonunda performans göstərmək təcrübəm var, amma fokuslanmaq çətin olacaq.
GP23 ilə döngə girişlərində daha məhdudiyyətli idim, çünki sürüş tərzim bundan asılı idi. GP24.5 isə bu sahədə fərqlidir. Hələ limitləri tam olaraq anlaya bilməmişəm. Bundan başqa təkərlərə tez öyrəşmişəm”.
Şərh əlavə et