Mövsümün ilk məşqlərində ən sürətli Norris olub

Mövsümün ilk məşqlərində ən sürətli Norris olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakıda saat səhər 05:30 olarkən uzaq Avstraliyada artıq nahardan sonraya təsadüf edir. F1 tarixinin 76-cı, bir çoxları tərəfindən indidən ən maraqlılardan biri olacağı proqnozlaşdırılan mövsümü ilk məşqlərlə start götürüb.

Keçən mövsümün bitməsindən cəmi 96 gün keçib və bu müddət ərzində maşınlar demək olar ki, dəyişməyib, lakin əksər komandalarda sürücü dəyişikliyi olub, Lyuis Həmilton Ferrari-yə keçərək transferlər mövsümünü hələ 1 il əvvəl açıb.

Niko Hülkenberq Sauber ilə trasa ilk çıxan sürücü olub, bir neçə dəqiqədən sonra Həmilton və digərləri ilk cəhdləri üçün Medium şinləri seçiblər. Pitdə yalnız Aleks Albon qalıb – Williams bir qədər gecikib, amma tezliklə o da sürücülərini trasa buraxıb. Maks Ferstappen birinci dövrəni ən sürətli – 1:19,771-lə başa vurub və sonra onun nəticələri yaxşılaşmağa başlayıb.

Louson 9-cu döngədə divarla təmas yaşayıb, Ferstappen isə 7-ci döngədə çınqıllığa çıxıb. Lakin hər iki halda ciddi insident baş verməyib. Startdan 19 dəqiqə sonra isə Cek Duhənin qəzasından sonra trasa yayılmış çınqılları təmizləmək üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Fasilədən sonra Rassell, Ferstappen və Antonelli yumşaq təkərlərlə trasa qayıdıblar.

İkinci qırmızı bayraqlar isə başqa bir yeniyeytmənin – Bermanın qəzasına görə dalğalanıb. O, əvvəlcə çınqıllığa çıxıb, sonra isə divara çırpılıb. Heç bir xəsarət almasa da, müayinə üçün tibbi mərkəzə göndərilib. Bu dəfə də fasilə qısamüddətli olub.

Rassell son dəqiqədə 4-cü döngənin təhlükəsizlik zonasında yerində fırlanıb, lakin divara toxunmaqdan yayına bilib.

Gözlənildiyi kimi, nəticələr sıx olub və ilk 13 sürücünün nəticəsi 1 saniyəlik intervala sığıb. Ən yaxşı nəticə isə Lando Norrisdən gəlib – 1:17.252.

Məşqlər bu gün davam edəcək.

Bunları da oxuyun

Şərh əlavə et