Xəbəri Kokpitdə Oxuyun!

Martin ilk yarışı buraxacaq

MotoGP üzrə sonuncu Dünya Çempionu Xorxe Martin mövsümöncəsi qış testlərində etdiyi qəzadan sonra mövsümün ilk yarışında çıxış edə bilməyəcək.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il Dünya Çempionu olduqdan sonra Pramac Ducati-dən ayrılmış və Aprilia komandası ilə çoxillik müqavilə bağlamışdı. Amma yeni komandası ona yaramayıb və sonuncu Dünya Çempionu qış testlərində qəza edərək sol əlini zədələyib.

Mövsümün ilk yarışları Martinin Aprilia-ya öyrəşməsi üçün çox vacib idi. Lakin bu qəza İtalyan komandasının bütün planlarını alt-üst edib.

Aprilia komandası Tayland Qran Prisində Martinin yerinə test pilotları Lorenzo Savadorini yarışdıracaq. Martinin zədəsi düzəlməsə, italyan təmsilçisi Savadoriyə bir neçə yarışda da şans verəcək.

Rauf Hacıyev

Şərh əlavə et