Kokpit.az xatırladır ki, ispaniyalı sürücü dünən də günün ən sürətlisi olmuşdu. MotoGP-nin əfsanəsi bu gün dünənki nəticəsini 0.3 saniyə yaxşılaşdırıb və 1.28.855 zaman nəticəsi göstərib. Markın bu dövrəvi nəticəsi Banyayanın keçənilki poul nəticəsindən sadəcə 0.150 saniyə geridə qalıb.
Gresini komandasından Aleks Markes isə 1.29.034 zaman nəticəsi ilə ikinci olub. Aprilia-dan Marko Bezzekki 3-cü, KTM-dən Pedro Akosta 4-cü yeri tutub. İki sürücü arasında sadəcə 0.050 saniyəlik fərq olub. Beşliyi isə ikiqat Dünya Çempionu Françesko Banyaya bağlayıb.
Honda-da yarışan digər Dünya Çempionu Xoan Mir 6-cı, VR46-dan Franko Morbidelli 7-ci, Yamaha-dan Fabio Kuartararo səkkizinci olublar. Onluğu isə Tech3 sürücüsü Maverik Vinyales və Pramac-dan Cek Miller bağlayıblar.
11-ci yerdə Trackhouse komandasının debütant sürücüsü Ai Ogura qərarlaşıb və günün ən sürətli debütantı olub.
Şərh əlavə et