Xəbəri Kokpitdə Oxuyun!

Buriram testlərinin ilk günündə Markes liderdir

Mark və Aleks Markes MotoGP üzrə Buriram testlərinin ilk gününü zirvədə bağlayıblar.

Kokpit.az bildirir ki, Mark Markes sessiyanın son dəqiqələrində atdığı 1.29.184 zaman nəticəsi ilə qardaşı Aleks Markesi təxminən yarım saniyə qabaqlayıb. VR46 komandasından Franko Morbidelli isə Aleksdən 0.034 saniyə geridə qalaraq, ilk günü üçüncü yerdə bağlayıb.

Aprilia komandası ən güclü test performanslarından birini göstərib. Marko Bezzekki 4-cü olub. Onu KTM komandasından Pedro Akosta, Honda-dan Luka Marini və LCR-dən Yohan Zarko izləyiblər. İkiqat Dünya Çempionu Françesko Banyaya 8-ci yeri tutub. İlk onluğu isə KTM-dən Bred Binder və Pramac-dan Cek Miller bağlayıblar.

Qresini komandasının debütant sürücüsü səkkizinci döngədə qəza etməsinə baxmayaraq, günü 14-cü yerdə bağlayıb. Digər debütant Ai Oqura isə üçüncü döngədə yıxılıb və yekunda 15-ci olub.

Testdə 20 sürücü iştirak edib. Zədələri olduğu üçün Xorxe Martin və Fabio di Canantonio testləri buraxıblar. Martini ilk gün Lorenso Savadori əvəz edib.

Rauf Hacıyev

Şərh əlavə et