Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışı

Rauf Hacıyev 31 Yanvar 2025, 10:58
Red Bull Qaçaqaç 2025: Qışın Ən Sürətli Yarışı
Participants perform during the Red Bull Qaçaqaç in Qusar, Azerbaijan on February 4, 2023. // Andrey Pronin / Red Bull Content Pool // SI202302040146 // Usage for editorial use only //
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

9 fevral 2025-ci ildə Şahdağ Turizm Mərkəzində keçiriləcək Red Bull Qaçaqaç – qışın ən ekstremal və əyləncəli yarışlarından biri olacaq. Snoubord və xizək sürənlər sürət, çeviklik və yaradıcılıqlarını nümayiş etdirərək müxtəlif nominasiyalarda qalib olmaq üçün mübarizə aparacaqlar.

18 yaşdan yuxarı hər kəsin iştirak edə biləcəyi yarışda əsas qayda sadədir.

İştirakçılar 2351 metr hündürlükdə yerləşən start nöqtəsindən xizək və snoubordlarına tərəf 100 metr qaçmalı, onları tez bir zamanda geyinib ən sürətli şəkildə finiş xəttinə çatmalıdırlar. Fiziki dözümlülük, çeviklik və taktiki düşüncə burada əsas rol oynayacaq.

Red Bull Qaçaqaç 2025 tədbiri Dongfeng brendinin dəstəyi ilə keçirilir.

Yarış çərçivəsində beş fərqli kateqoriya üzrə qaliblər seçiləcək:

  • Ən sürətli snoubordçu (qadın)
  • Ən sürətli snoubordçu (kişi)
  • Ən sürətli xizəkçi (qadın)
  • Ən sürətli xizəkçi (kişi)
  • Ən kreativ geyim nominasiyası

Hər kateqoriyanın qaliblərinə 500 AZN, Red Bull xizək eynəyi (Ski Goggles) və Şahdağ Turizm Mərkəzi tərəfindən xüsusi hədiyyələr təqdim ediləcək.

Üstəlik, xizək və snoubord kateqoriyalarında birinci olan qadın və kişi iştirakçıları, SportSystem mağazası tərəfindən Şahdağ Turizm Mərkəzində yerləşən 5 fərqli əyləncəyə kupon qazanacaq. Ən kreativ geyim nominasiyasının qalibi isə paraplanla uçuş fürsəti əldə edəcək.

Red Bull Qaçaqaç yalnız yarışla məhdudlaşmır. Həyəcan dolu yarış başa çatdıqdan sonra, iştirakçılar ənənəvi Après-Ski partisində bir araya gələrək, unikal atmosfer və əyləncədən zövq alacaqlar.

 Qeydiyyat Artıq Açıqdır!

Yarışda 18 yaşdan yuxarı həm peşəkarlar, həm də həvəskarlar iştirak edə bilərlər.

Qeydiyyat üçün link: REDBULL.AZ/QACHAQACH

Bunları da oxuyun

Şərh əlavə et