Xəbəri Kokpitdə Oxuyun!

Gresini yeni motosikletini təqdim edib

Gresini 2025-ci il motosikletini təqdim edən üçüncü komanda olub.

Kokpit.az bildirir ki, italyan təmsilçisi builki motosikletini təqdim edən üçüncü kollektiv olub. Onlar təqdimatı İmolada keçiriblər və Ducati GP24-ün örtükləri götürülüb.

Gresini bu il də açıq mavi və qırmızı rəng çalarını qorumağa davam edib. Beş dəfə podiuma yüksəlmiş Aleks Markes və bu il MotoGP-də debüt etməyə hazırlaşan Femin Aldequer, komandanın sahibi Nadia Padova təqdimatda iştirak ediblər.

Aleks Markes bu il komandanın lideri olacaq. Keçən il Moto2-də yaxşı çıxış edən Fermin Aldequer isə aşağı seriyada keçirdiyi üç ildən sonra MotoGP-də 19 yaşında debüt edəcək.

Komandanın rəhbəri Nadia Padovani: “Yaxşı keçən 2024-cü il mövsümü geridə qaldı və gözləntilərin yüksək olduğu 2025-ci il mövsümünü səbirsizliklə gözləyirik. Çox təcrübəli komandamız, çox istedadlı iki sürücümüz var və bu il də azarkeşləri təəccübləndirməyə davam etmək istəyirik.

Fermin komandaya yeni qoşulsa da, indidən qəlbimizdə yer qazandı. Aleksin də hər həftəsonu beşlik uğrunda mübarizə aparacağını gözləyirəm. Bu yeni layihəyə görə çox sevincliyik. Motosikletin hər yerində xromlu xüsusi dizayn var. Hazırıq!”

Rauf Hacıyev

Şərh əlavə et