Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən il son yarışa qədər davam edən çempionluq uğrunda mübarizədə Françesko Banyayanı məğlub edərək, Dünya Çempionu olmuşdu. Buna görə də o, bu il 1 nömrə ilə yarışmağa qərar verib.
Martin bu qərarını bu gün Aprilia motosikletlərinin təqdimatında açıqlayıb. 26 yaşlı sürücü daha əvvəl 1 nömrə ilə həmişə yarışdığı 89 nömrə arasında qərarsız qalmışdı. Lakin, sonuncu Dünya Çempionu nəhayət ki, 1 nömrəni seçəcəyinə qərar verib.
Xorxe Martin keçən il Pramac ilə Dünya Çempionu olsa da, onun 1 nömrəni seçməsi Aprilia üçün daha faydalı olacaq.
Aprilia komandası isə peyk komandaları Trackhouse-un təqdimatından iki gün sonra 2025-ci ildə sürəcəkləri RS-GP-ni təqdim edib. İtalyan təmsilçisi bu mövsüm əzəli rəqibləri Ducati-dən iki sürücü transfer edib – Xorxe Martin və Marko Bezzekki.
Aprilia Racing-in rəhbəri Massimo Rivola: “2025-ci Aprilia Racing üçün yeni dövrün başlanması deməkdir. Hədəfimiz yalnız baş rolda olmaqdır. Hər yarışda rəqabətədavamlı olmaq istəyirik. Xorxe Martin və Marko Bezzekki kimi motivasiyalı sürücülərlə yaxşı işlər görə bilərik.
RS-GP25-in böyük potensialı var. Bizim əsas vəzifəmiz bu yüksək potensialı 22 yarışda ən yaxşı formada istifadə etmək olacaq”.
Şərh əlavə et