Kokpit.az bildirir ki, İtaliyanln siğorta şirkəti olan Prima 2027-ci ilin sonua qədər Pramac komandasının titul sponsoru olacaq.
İndi isə Britaniya mətbuatı yazır ki, Prima əsas sponsorluğu Formula 1 və Dünya Dözümlülük Çempionatında Renault-nun avtoidman şöbəsi olan Alpine ilə paylaşacaq. Bu, Pramac komandasının Formula 1 ilə qurduğu ilk tərəfdaşlıq deyil. 2021-ci ildə Pramac Ducati komandasında Xorxe Martin və Yohan Zarkonun motosikletlərində Formula 1 loqotipləri olmuşdu.
Alpine ilə Pramac arasındakı sponsorluq anlaşmasının əsas səbəbi Pramac-ın rəhbəri Paolo Kampinoti ilə Renault-nun rəhbəri Luka de Meonun arasındakı dostluq münasibətidir. De Meo avtomobil markasını tanıtmaq üçün MotoGP-ni yaxşı fürsət kimi görür. O, Fiat Qrupunda idarəçi olduğu zamanlarda – 2007-2010-cu illərdə Yamaha-nın əsas sponsoru olmuşdu.
Pramac və Alpine arasındakı müqavilə uzunmüddətli olacaq və gələn ildən başlayacaq.
Şərh əlavə et