“PUBG Mobile” üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!

Rauf Hacıyev 03 Dekabr 2024, 12:44
“PUBG Mobile” üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum oldu!
  1. 1K. AntonelliMercedes402
  2. 2M. FerstappenRed Bull304
  3. 3L. HəmiltonFerrari267
  4. 4C. RassellMercedes264
  5. 5L. NorrisMcLaren264
  6. 6Ş. LeklerFerrari250
  7. 7O. PiastriMcLaren167
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine52
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine35
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16K. SaynsWilliams11
  17. 17E. OkonHaas7
  18. 18F. AlonsoAston Martin7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes666
  2. 2Ferrari517
  3. 3Red Bull440
  4. 4McLaren431
  5. 5Racing Bulls114
  6. 6Alpine87
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams16
  10. 10Aston Martin7
  11. 11Cadillac0

"PUBG Mobile" üzrə Red Bull M.E.O. 2024 turnirinin qalibi məlum olub. Birinci yeri Mübarizlər komandası tutub

Rəqabət və həyəcan dolu anlarla yadda qalan “PUBG Mobile”oyunu üzrə Red Bull M.E.O. 2024 finalında MIB (Mübarizlər) eSports komandası üstünlük nümayiş etdirərək 5000 AZN pul mükafatını qazandı. 86 xal toplayan komanda rəqiblərini geridə qoyaraq çempion oldu.

Komandanın kapitanı Ümid Orucov, qələbədən danışarkən hazırlıqlarının əhəmiyyətini belə vurğuladı:

“Günlərimizin dörddə birini oyuna sərf edərək, müxtəlif “Mini Cup” və digər turnirlərdə təcrübə qazandıq. Topladığımız təcrübə və komanda olaraq göstərdiyimiz birlik bizə qələbə gətirdi. Rəqabət qabiliyyətimizi və səylərimizi ortaya qoyaraq turnirin qalibi olduq. MIB (Mübarizlər) eSports komandası adından sizə və bütün təşkilatçılara dərin təşəkkürümüzü bildiririk. Belə tədbirlərin mütəmadi olaraq keçirilməsini arzu edirik.”

Turnirdə 2-ci yerin sahibi ONYX eSports komandası 60 xalla, 3-cü yerin sahibi isə AGS eSports komandası 53 xalla müəyyənləşdi.

Qeyd edək ki, turnirin əsas tərəfdaşı olan Xiaomi, TOP 3 komandanın hər bir üzvünə xüsusi hədiyyələr təqdim etməklə turnirə dəstəyini göstərdi.

Qalibləri təbrik edirik və gələcək turnirlərdə uğurlar arzulayırıq!

Bunları da oxuyun

Şərh əlavə et